"Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir" - Paşinyan
Yanvar 20
14:23
2024
Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər.
"Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, - o qeyd edib.
Onun çıxışının tam mətni feysbuk səhifəsində yayılıb.
"Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib.
N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə bu yöndən yanaşmaq lazımdır.