Ermənistan vətəndaşları Ukrayna Prezident Administrasiyasının əməkdaşını öldürdülər
Mart 16
06:32
2019
Kiyev polisi Ukrayna Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatovun qətlində şübhəli bilinən 25 yaşlı Ermənistan vətəndaşını həbs edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Kiyev polisinin "Facebook” hesabında məlumat verilib.
Məlumata əsasən, martın 13-ü yerli vaxtla saat 23:50-də şübhəli şəxs hələlik şəxsiyyəti məlum olmayan tanışı ilə birlikdə sərxoş vəziyyətdə Kiyevin Baqqovutovsk küçəsində qarət məqsədilə A.Buxtatova hücum edib.
Onlar zərərçəkmişin baş hissəsinə dörd zərbə endirib, mobil telefonunu və bank kartını götürərək, hadisə yerindən qaçıblar.
A.Buxtatovun cəsədi martın 14-də həmin küçədə aşkar edilib.
"İlkin ehtimallara görə, onun ölümünə səbəb xroniki ürək çatışmazlığı olub. Ölümün dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq”, - məlumatda bildirilib.