SON XƏBƏR

Ermənistan XİN-in saytından “dağlıq Qarabağ problemi” bölməsi silinib

Fevral 13
01:20 2024
Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından "dağlıq Qarabağ problemi” bölməsi silinib.

"Report” xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb.

"Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə "dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, - politoloq qeyd edib.

"Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir, dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook