Ermənistan Zəngəzur dəhlisinə nəzarətin özəl şirkətə verilməsini istəyir - Simonyan açıqladı
Sentyabr 09
13:22
2024
Azərbaycanla Naxçıvan arasında gələcəkdə Sünikdən (Qərvbi Zəngəzurdan -red.) keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.
"Report"un məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Lakin A.Simonyanın qeyd etdiyi kimi, hazırda bununla bağlı heç bir qərar qəbul edilməyib.
Onun sözlərinə görə, hazırda bütün məqamlar müzakirə olunur.
"Bu cür funksiyaların hansısa təşkilata verilməsi təcrübəsi var və bu baş verərsə, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək”, - spiker bildirib. O, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərin olmasını nümunə gətirərək qeyd edib ki, "bu məsələdə də düşünməli olduğumuz məqamlar var”.