SON XƏBƏR

“Ermənistana yeni konstitusiya lazımdır” - Nikol Paşinyan

Yanvar 19
14:51 2024
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.

"Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

"Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə və mən bu fikri ona görə bildirirəm ki, bu, daha geniş müzakirə mövzusuna çevrilsin, Ermənistan Respublikasına konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır”, - hökumət başçısı qeyd edib.

O bildirib ki, dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək: "Bu dəyişikliyə müxtəlif yollarla yanaşmaq olar. Ancaq təkamülə münasibətimizin necə olmasından asılı olmayaraq, bu baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaqdan ibarət olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya gedəcəyik, onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməliyik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook