Ermənistanda 12 məktəbdə türk, 4 məktəbdə isə Azərbaycan dili tədris olunur
İyul 06
09:50
2023
Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4-də isə Azərbaycan dili tədris edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın yazılı sualına cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi onu da vurğulayıb ki, Azərbaycan və türk dilləri yalnız 10-12-ci sinif şagirdləri tərəfindən öyrənilir. O da bildirilir ki, 2022-2023-cü tədris ilində 33 ümumi təhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub, onlardan 13-də fars, 3-də gürcü, 12-də türk və 4-də Azərbaycan dili tədris olunmağa başlayıb. "Mxitar Heratsi” tədris kompleksində isə orta və ali məktəblərdə dörd dil də öyrənilib.
Daha 400 erməni məktəbi yaxın gələcəkdə regional dilləri (türk, Azərbaycan, gürcü və fars) öyrənmək istəklərini bildiriblər. Bununla belə, idarə konkret dil seçən məktəblərin sayı barədə məlumat verməyib.
"Müəssisələrdə müvafiq mütəxəssisin olub-olmaması barədə də məlumat verilib. Region dilini öyrənmək istəyən məktəblərin əksəriyyətində mütəxəssis yoxdur", - nazirlikdən bildirilib.
Təhsil Nazirliyindən Sputnik Ermənistan-a onu da bildiriblər ki, təhsil müəssisələrinə məlumat verilib ki, əgər onlar hazırdırsa və müvafiq mütəxəssis varsa, onlar müstəqil şəkildə regional dillərdə tədris təşkil edə bilərlər.
Daha əvvəl Andreasyan bildirib ki, indi Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq hər hansı digər xarici dil (ingilis, fransız və ya alman) kimi rus dili də tədris olunur. İndi məktəblər üçüncünü seçə bilər (əgər dövlət belə imkan verirsə). Region ölkələrinin dillərinə xüsusi diqqət yetiriləcək.