SON XƏBƏR

Ermənistanda fermerlər etiraz aksiyası keçirib

May 11
17:26 2018
Ermənistanın Araqatsotn vilayətinə aid kəndin sakinləri Yerevana gedən avtomobil yolunu bağlayıblar.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.

Sakinlər bildiriblər ki, müvafiq şirkət bir ay əvvəl südün litrini 180 drama (63 qəpik) alırdı, indi isə 110 dram təklif edir: "Bu, bizim üçün qəbuledilməzdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook