SON XƏBƏR

Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı

Mart 01
11:14 2020
Ermənistana koronavirusa ilk yoluxma qeydə alınıb.  

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, İrandan gələn ölkə vətəndaşında virus aşkarlanıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində ölkədə koronavirusa yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyib: "Təəssüf ki, təxminən 2 saat əvvəl biz koronavirusa ilk yoluxma haqqında bildik. Pasiyentin 29 yaşı var. O, fevralın 28-də xanımı ilə İrandan gəlib".

Qeyd edək ki, bundan əvvəl Ermənistan hökuməti yanında səhiyyə və əməyin müfəttişi orqanının rəhbəri Akop Avakyan ölkədə onlarla insanın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook