SON XƏBƏR

Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır

Fevral 22
13:14 2019
Ermənistanın dövlət qurumlarında aparılan ixtisarlardan sonra azı yüz məmur işsiz qalacaq.

"Report” xəbər verir ki, bunu "Joxovurd” yazıb.

Qəzetin məlumatına görə, əhaliyə xidmət göstərən sahələrin əməkdaşları başlanğıc mərhələdə ixtisar edilməyəcək. Nazirliklər birləşdirildikdən sonra isə ayrı-ayrı şöbələrdə də oxşar proses gedəcək. Məqalədə qeyd olunub ki, bu isə ixtisara düşən məmurların sayını artıracaq: "Bu zaman hökumətdə çalışan və özünü doğrultmayan əməkdaşlar işdən azad ediləcək”.

Qeyd edək ki, Ermənistanda ixtisarlar davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook