SON XƏBƏR

Ermənistanda məşhur silah şirkətinin rəhbəri həbs edildi (TƏFƏRRÜAT)

Fevral 01
13:55 2021
Ermənistan Müdafiə Nazirliyinin silah tədarükçüsü David Qalstyanın həbsinin təfərrüatları məlum olub. Qaynarinfo xatırladır ki, Qalstyanın həbsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. O dələduzluqda ittiham olunur. Bildirilir ki, David Qalstyan Ermənistan ordusuna köhnə silahlar və normalara cavab verməyən keyfiyyətsiz hərbi sursat satıb.

Ermənistan mediasının yaydığı yeni məlumatlarda bildirilir ki, David Qalstyan "proxy” şirkətlər vasitəsilə orduya 1977 və 1983-1986-cı illərin istehasalı olan silahlar satıb. 

Qeyd edilir ki, Qalstyan bu maxinasiyaları həyata keçirmək üçün bir neçə şirkət yaradıb. Ermənistan Müdafiə Nazirliyi bu şirkətlərin yaradılmasına maliyyə dəstəyi göstərib. Nazirlik təkcə "Mosston Engineering” şirkətinin yaradılması üçün 3,5 milyon dollar ödəməli olub.

Ermənistan ordusunda silah maxinasiyası barədə hələ 44 günlük müharibə dövründə danışılırdı. Bu məsələdə təkcə Qalstayn deyil, keçmiş müdafiə naziri David Tonoyan, hətta Baş nazir Nikol Paşinyan da ittiham olunurdu. Yeri gəlmişkən, Qalstyanın Paşinyana yaxın şəxs olduğu barədə iddialar var. 

Ölkənin üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni, keçmiş səfir Mikail Minasyan hətta Paşinyanla Qalstyanın maxinasiya əməliyyatının sxemini də ictimaiyyətin diqqətinə çatdırmışdı. 

"Ermənistanın Rusiyadan daxili qiymətlərlə silah almaq hüququ var. Daxili qiymətlər isə beynəlxalq qiymətlərdən 65 faiz aşağıdır. Paşinyan bunu bilən kimi öz dostu, "Patron David” ləqəbli hansısa David Qalstyanla birlikdə aşağıdakı sxemi düşünüb:

Nikol Paşinyan David Qalstyana Müdafiə Nazirliyi adından silah sifariş vermək səlahiyyəti verir. Qalstyan tutaq ki, 100 ədəd silah sifariş verir. Sonra Ermənistan həmin silahların 60-nı David Qalstyanın offşor şirkətindən alır və həmin silahlar Ermənistana gətirilir. Sənədlərlə hər şey qaydasındadır. Yerdə qalan 40 ədəd silaha gəlincə, pulu əvvəlcədən ödənilən həmin silahlar Rusiyadan birbaşa üçüncü ölkələrə, məsələn, BƏƏ-yə göndərilir. Buradan isə dördüncü ölkəyə ötürülür.

Bütün mütəxəssislər bilir ki, silahların nömrələri ilə onun tarixşəsini öyrənmək mümkündür. Həmin silahalrın dördüncü ölkədə istifadəsindən sonra Rusiyada Ermənistana satılan silahların əslində hara göndərildiyindən xəbər tuturlar”, - deyə Minasyan bildirmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook