SON XƏBƏR

Ermənistanda sentyabrın 15-də məktəblər açılır - Fövqəladə vəziyyət rejimi isə uzadılır

Avqust 11
12:39 2020
Koronavirus pandemiyasına görə martdan məktəblərin bağlandığı Ermənistanda sentyabrın 15-dən təhsil ocaqları qapılarını tələbələrin üzünə açacaq. Bunu Təhsil naziri Arayik Harutiunyan avqustun 10-da deyib.

Harutiunyan açıqlamanı koronavirusla bağlı durumu koordinasiya edən aparıcı hökumət rəsmiləri ilə müzakirələrdən sonra verib. Nazirin sözlərinə görə, təmayül kollecləri, musiqi və incəsənət məktəbləri də sentyabrın 15-dən yenidən açılacaq.

Harutiunyan hökumətin qoyduğu bütün sanitar və gigiyenik qaydalara əməl etməyin vacibliyini vurğulayıb. Nazir deyir ki, universitetlər və digər təhsil ocaqları haqda qərar gələn həftəərzində veriləcək.

"Fövqəladə vəziyyətə nəzarət edən orqanlar, tərəfdaşlarımız və nazirlik bütün məsələlərlə bağlı detallı prosedur və qaydaları birgə hazırlayıblar, bunlar bir neçə günə dərc olunacaq və paylaşılacaq”, – Harutiunyan bildirib.

Onun sözlərinə görə, müəllimlər, valideynlər və tələbələr dərs ilinin uğurla başlaması və rahat getməsi üçün birlikdə işləməli, pandemiyanın səbəb olduğu qadağaları nəzərə almalı, media provokasiyalarına imkan verməməlidirlər.

Xatırladaq ki, Ermənistanda martdan bütün məktəblər, universitetlər, digər təhsil ocaqları bağlanıb, distant təhsilə keçib.

Ermənistanda mövcud fövqəladə vəziyyət avqustun 12-də başa çatmalıdır, ancaq hökumət onu daha bir ay uzatmağı planlaşdırır.

İndiyədək bu ölkədə yeni koronavirusa 40 min 433 yoluxma və 796 ölüm təsdiqlənib. (azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook