SON XƏBƏR

Ermənistanda Solovyovun verilişlərinin yayımı qadağan edilib

Mart 29
11:06 2024
Ermənistan Rusiyanın "RTR-Planeta” telekanalında ictimai multipleksdə yayımlanan "Vladimir Solovyovla axşam” və "Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Televiziya və Radio Komissiyası məlumat yayıb.

Bu qərara səbəb kimi "son vaxtlar Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan daimi pozuntular” göstərilir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook