Ermənistanda "uşaq mafiyası" qalmaqalı: minlərlə körpə qara bazarda satılıb
Dekabr 27
09:19
2019
Sovet İmperiyasının dağılmasından sonra Ermənistanda çətin vəziyyətdə olan gənc anaların körpələrinin əllərindən zorla alınaraq, qara bazarda başqalarına satıldığı ortaya çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Yerevanda ginekoloq Razmik Abramyanın, uşaq evinin müdiri və digər yüksək vəzifəli şəxslərin "uşaq mafiyası" ilə əməkdaşlıqda ittiham olunaraq həbs edilməsi ölkə gündəmində geniş müzakirələrə səbəb olub və hökumət ölkə miqyasında övladlığa götürmə prosesini dayandırıb.
Məsələ ilə bağlı Frans-Press agentliyinə açıqlama verən 35 yaşlı Patvakanyan adlı qadın 20 il əvvəl özündən 5 yaş böyük birindən hamilə qaldığını, lakin körpəsini uşaq evinə verməsi üçün Abramyan və digər həkimlərin ona təzyiq göstərdiyini deyib. Əks-təqdirdə həkimlərin onu sevgilisindən polisə şikayət edib tutduracaqları ilə hədələdiklərini bildirib. Aradan 20 il keçdikdən sonra Patvakanyan yetimxanada tapa bilmədiyi uşağının mafiyaya satıldığından əmin olduğunu deyib.
Uşaq mafiyasının ölkədə olduqca geniş yayıldığını deyən vəkil Marat Kostanyan isə yüksək vəzifəli şəxslərdən, həkim və polislərə qədər bir çox insanın bu cinayətkar şəbəkə ilə əlbir olduğunu hesab edir
"Uşaq ticarəti ilə məşğul olan cinayətkar şəbəkə narkotik mafiyasından daha güclüdür. Bu şəbəkə ölkəni inkubasiya mərkəzinə çevirib", - o bildirib.
Qeyd edək ki, Ermənistanın Polis Baş İdarəsi ötən ay İtaliyaya 30-dan çox uşaq satan cinayətkar dəstənin zərərsizləşdirildiyini açıqlamışdı. Ölkənin əmək nazirinin müavini Zanna Andeasyan isə şikayətlər səbəbindən övladlığa götürmə prosesinin müvəqqəti dayandırıldığını açıqlayıb. İnsan Hüquqlarını Müdafiə Təşkilatının 2017-ci il hesabatına görə, Ermənistanda yoxsulluq səbəbindən minlərlə uşaq son illərdə ailələrindən qoparılaraq müxtəlif qurumlara yerləşdirilib.