Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 1.3 trilyon dollara yaxın ola bilər - ekspert
Noyabr 18
10:38
2020
Bir neçə il əvvəlki hesablamalarda işğal faktoru ilə əlaqədar Ermənistanın Azərbaycana vurduğu ümumi zərərin məbləğinin 820 milyard dollar olduğu göstərilirdisə, yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1,2-1.3 trilyon dollara yaxın bir məbləğ olacağını düşünürəm.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, infrastruktura dəymiş zərər bu məbləğin müəyyən bir hissəsini təşkil edir. Buraya 900 yaşayış məntəqəsində 6000-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsinin binasının və 695 tibb müəssisəsinin, 693 məktəbin, 7000 müxtəlif təyinatlı ictimai binanın, 927 kitabxananın, 855 uşaq baxçasının yerləşdiyi bina və tikililərin, 2300 km-lik su komunikasiya xətlərinin, 15 000 km elektrik xətlərinin, 2670 km avtomobil yollarının və s. infrastrukturun dağıdılması aiddir.
E.Əmirov qeyd edib ki, dağıdılmış ərazilərimiz arasında ən çox zərər görən rayonlardan olan Füzuli rayonunun işğal altında olan 51 kəndi və rayon mərkəzi olub.Hazırda bu ərazilərə dəymiş zərərin hesablanması üçün ərazidə qiymətləndirmə işləri aparılır. Yekun məbləğ bu qiymətləndirmə işlərinin tamamlanmasından sonra açıqlanacaq.
İqtisadçının fikrincə ki, mövcud statistik məlumatlardan və ilkin hesablama metodlarından istifadə edərək demək olar ki, hər bir rayonun infrastrukturuna təxminən 6-8 milyard dollar məbləğində zərər vurulub. Bu zərərin qarşılanması üçün isə 6-8 milyard deyil, bundan daha çox vəsait sərf olunacaq. Çünki dağıdılmış infrastrukturun bərpası səmərəli hesab edilə bilməz:
"Mütləq şəkildə hər şey yenidən qurulmalıdır. Buna görə də bu işlərin görülməsi üçün təxminən 50 milyarda qədər vəsait, 7 ildən 10 ilə qədər zaman lazım olacaq. Lakin burada bir amil mütləq diqqət mərkəzində saxlanılmalıdır. Bütün istiqamətlərdə olan infrastruktur layihələrinin konsepsiyası hazırlanarkən uzunmüddətli perspektiv üçün - 50 illik strateji yanaşma olmalıdır. Təkcə layihələrin icrası zamanı yeni texnolji yanaşmanın tətbiqi kifayət deyil. Bu gün yaradılacaq yeni infrastruktur 20-25 il sonra həyata keçiriləcək digər layihələr üçün də işlək qalmağı bacarmalıdır".
Ermənistanın işğalı nəticəsində Azərbaycanın rayonlarına dəymiş ziyanın hesablanması ilə bağlı artıq işçı qrupunun yaradıldığını xatırladan mütəxəssis qeyd edib ki, ümumilikdə bu ziyan özündə maddi, iqtisadi, ekoloji, sosial, psixoloji zərərləri və qaçırılmış imkanlar səbəbindən olan itkiləri cəmlədiyi üçün çox böyük bir araşdırmanın olmasını tələb edir. Dəymiş zərərin mümkün qədər dəqiq qiymətləndirilməsi üçün xüsusi metodologiya və riyazi modellərin tətbiqi mütləqdir. Həmçinin beynəlxalq təcrübənin nəzərə alınması da olduqca vacibdir.