Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb
Dekabr 06
09:21
2024
Dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.
Nazirlər regionda uzunmüddətli sülhə nail olmaq istəklərini bir daha təsdiqləyiblər.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, Pentaqonda keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Amerika müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Lloyd Ostin ABŞ-nin Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini, eləcə də islahatları təşviq etməyə hazır olduğunu vurğulayıb.