SON XƏBƏR

Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan ömürlük azadlıqdan məhrum oluna bilər

Aprel 23
14:53 2019
Ermənistanın müdafiə nazirinin sabiq müavini, "qəssab” ləqəbli general-leytenant Manvel Qriqoryanın məhkəməsi davam edir. Məhkəmə 10 milyon dollar girov qoyularaq generalın müvəqqəti azadlığa çıxmasını rədd edib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanda 1 mart terrorunda və digər ağır cinayətlərdə şübhəli bilinən, hazırda istintaq təcridxanasında saxlanılan Manvel Qriqoryanın sağlamlığında ciddi problemlər yaranıb.

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın silahdaşı və ən yaxın dostu olan keçmiş nazir müavini qanunvericiliyin bir neçə maddəsi ilə qanunsuz silah-sursat saxlamaqda, dövlət əmlakını mənimsəmədə, vergidən yayınmada, çirkli pulların yuyulmasında təqsirkar bilinir. "Qəssab” ləqəbli generalın Ermənistan ordusuna məxsus ərzaq məhsullarını talayaraq daxili və xarici bazarlarda satdığı müəyyənləşib. Bu faktlar sübuta yetirilərsə o, ömürlük azadlıqdan məhrum oluna bilər.

Bundan başqa Ermənistanda məmurlar arasında da çəkişmələr davam edir. İki aya yaxındır ki, milli təhlükəsizlik xidmətinin sədri Artur Vanetsyan ilə audit palatasının sədri Davit Sanasaryan arasında baş verən narazılıqlar sonuncunun istintaqa dəvət olunması ilə yekunlaşıb. Baş nazir Nikol Paşinyanın qərarı ilə istintaq araşdırmaları yekunlaşmayana qədər Sanasaryan vəzifəsini icra edə bilməz. O, külli miqdarda rüşvət almada və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook