SON XƏBƏR

"Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq" - Azərbaycanın XİN başçısı

Dekabr 15
16:46 2023
Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən 47-ci iclasında çıxışında deyib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran XİN başçısı hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook