SON XƏBƏR

“Ermənistanla yeni atom enerji bloklarının inşası ilə bağlı danışıqlar aparılır” - Aleksey Overçuk

Dekabr 15
15:38 2023
Ermənistan və Rusiya ölkədə yeni atom enerji bloklarının inşası ilə bağlı danışıqlar aparır.

"Report” "Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən hökumətlərarası komissiyasının iclasında deyib.

O, nüvə enerjisindən dinc məqsədlərlə istifadəni ikitərəfli münasibətlərin gündəmindəki son dərəcə vacib məsələ adlandırıb.

Rusiya Baş nazirinin müavini Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət müddətinin uzadılmasına dair işlərin görülməsi üçün Rusiya şirkətini seçdiyinə görə Ermənistan tərəfinə təşəkkür edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook