Ərzaq məhsullarının idxalı və qiymətləri sürətlə artır - nə baş verir? (ŞƏRH)
Aprel 12
15:54
2021
"Son iki ili ərzində ərzaq məhsullarının qiymətləri durmadan artır. Nə baş verir? Əmək haqqı və təqaüdlərin artım sürətini dəfələrlə üstələyən bu qiymət artımları nəyə xidmət edir və cəmiyyəti hara aprır? Görünən budur ki, yaranmış vəziyyət aidiyyatı qurumları və onların rəhbərlərini narahat etmir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov deyib. Onun sözlərinə görə, qiymət artımı çox təhlükəli bir prossesdir və ona göz yummaq olmaz:
"Ərzaq məhsullarının qiymətlərinin belə sürətlə yüksəlməsi cəmiyyətdə sosial gərginliyi getdikcə artırır. Bu, kimə lazımdır? Təbi ki, ərzaq bazarında baş verən bu biabırçılıq hakimiyyətə lazım deyil. Bəs hakimiyyət bu vəziyyəti yetirib, daha çox qazanmaq xətrinə dövlətin içərisində gərginlik yaradan güclərə qarşı hansı üsullarla mübarizə aparmağı düşünür? Qiymətlərə inzibati yollarla nəzarəti gücləndirməklə uğur qazanmaq mümkün deyil. Uğur qazanmağın bəlli yolları var və bu yollardan istifadə etmək lazımdır.

Rəsmi statistikanın verdiyi məlumatlardan görünür ki, əgər 2014-cü ildə ölkəyə 9,2 milyard dolar həcmində məhsul idxal edilmişdirsə, 2019-cu ildə bu rəqəm 4,5 milyard dollar artaraq, 13,7 milyard dollara qədər yüksəlib. Altı il ərzində Azərbaycana idxal olunan məhsulların həcmi 4,5 milyard dollar və ya təqribən 7,7 milyard manat artıması o deməkdir ki, bu illər ərzində yerli istehsal da təxminən bir o qədər azalıb və nəticədə daxili bazarın təlabatını ödəmək üçün onu əvəzləyən idxala ehtiyac yaranıb. Bu rəqəmləri bir qədər də detallaşdıraq. Beləliklə, 2014-cü illə müqayisədə 2019 cu ildə ölkəyə iri buynuzlu mal ətinin idxalı 2 dəfəyə qədər, quş əti və onun məhsullarının idxalı 4 dəfədən çox, kərə yağı və digər süd yağları və pastalarının idxalı 42,6%, çay idxalı 72,3%, buğda idxalı 32,6%, düyü idxalı 8,0 dəfəyə yaxın, bitki yağları idxalı 22,5%, artıb. Bu rəqəmlər aqrar sektorun daxili bazarı təmin etmək və idxalı əvəzləmək sahəsindəki durumunun güzgüsü sayıla bilər. Dövlətin aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayırdığı və bu sektorun inkişafına dolayı yollarla yetərincə dəstək verdiyi bir şəraitdə nə baş verir ki, yerli istehsal daxili bazarın ehtiyaclarını ödəməkdə aciz duruma düşüb? Bütün bu sualların cavabını tapmaq lazımdır”.