SON XƏBƏR

Əsir və girov götürülən azərbaycanlı uşaqlarla bağlı film çəkiləcək

İyul 17
11:01 2018
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının xətti ilə "Ermənistanın əsir və girov götürdüyü uşaqların əməyinin istismarı və orqan transplantasiyasına dair film çəkilişi” layihəsini həyata keçirməyi planlaşdırır. Layihənin icra dövrü 01 may – 01 sentyabr 2018 ci il tarixlərindədir və dörd ay ərzində həyata keçiriləcək. 
 
Layihənin məqsədi erməni vəhşiliyinin qurbanı olmuş, əsir və girov düşmüş, fiziki, cinsi və psixoloji zorakılığa məruz qalmış uşaqlar haqqında sənədli filmin çəkilişini ərsəyə gətirməkdir.
 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazova, Azərbaycan Respublikasının Dövlət Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə, qurumun İşçi qrupunun rəhbəri İsmayıl Axundova məktubla müraciət etmiş, layihə barədə məlumat vermişdir. Layihənin icrası, ssenarinin müzakirəsi ilə bağlı qurumun İşçi qrupu ilə yaradıcı heyətin görüşü təyin olunub. Görüşdə İsmayıl Axundov, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev, Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov , "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, yaradıcı heyət üzvləri-layihənin rejissoru Sahil Nəzərov və ssenari müəllifi Hafiz Eynullayev iştirak edib. Görüş iştirakçıları filmin ssenarisini müzakirə edərək filmdə əsasən hüquqi sənədlərə istinad etməyin vacibliyindən, Ermənistanın Azərbaycan Respublikasına, onun dinc sakinlərinə, qadın və uşaqlara etdikləri fiziki, psixoloji zorakılığın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyindən bəhs ediblər.
 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi layihənin icrası zamanı dəstək olan qurumlara və səlahiyyətli şəxslərə öz dərin minnətdarlığını bildirir. Film 2018-ci ilin avqust ayında ictimaiyyətə təqdim olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook