SON XƏBƏR

Estoniya Rusiya vətəndaşlarına yaşayış və təhsil vizalarının verilməsini dayandıracaq

İyul 29
08:29 2022
Estoniya Rusiya vətəndaşlarına müvəqqəti yaşamaq və təhsil vizalarının verilməsini dayandıracaq. Bu barədə "Report” "İnterfaks”a istinadən xəbər verir.

Bundan əlavə, Rusiya və Belarus vətəndaşlarının qısamüddətli işə götürülməsi yalnız Estoniya tərəfindən verilmiş etibarlı vizaya malik olduqda mümkündür.

Vurğulanır ki, Rusiya və Belarus vətəndaşları üçün Aİ-nin digər üzv dövləti tərəfindən verilmiş qanuni yaşayış icazəsi ilə qısamüddətli məşğulluq artıq qeydiyyata alınmayacaq, buna görə də onlar qısamüddətli iş üçün uzunmüddətli viza müraciəti edə bilməyəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook