Estoniyadan Azərbaycana qarşı xoşagəlməz addım
Oktyabr 09
15:47
2023
Estoniyanın daxili işlər naziri dövlət sirlərinə çıxışı olan şəxslərin səfər etdikləri təqdirdə əvvəlcədən kəşfiyyat orqanlarını xəbərdar etməli olduğu ölkələrin siyahısını genişləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ERR məlumat yayıb .
Əvvəllər Rusiya Federasiyası, Belarus və KXDR-in daxil olduğu siyahıya indi Ermənistan, Azərbaycan, Çin (Makao və Honq Konq daxil olmaqla), İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan əlavə edilib.
Estoniya Daxili İşlər Nazirliyi qeyd edir ki, bu ölkələrdə məxfi məlumat daşıyıcılarının olması bu dövlətlərin təhlükəsizlik orqanlarının fəaliyyəti ilə əlaqədar dövlət sirrini təhdid edir.
Dövlət sirrinin sahibləri sadalanan ölkələrə səfərlər başlamazdan ən geci beş gün əvvəl məlumat verməlidirlər.