Ətdən sonra növbə balıqda: Vətəgələr də bir əldə cəmləşir
İyun 25
08:16
2018
Azərbaycanda torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib və nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
Bu Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında yer alıb. Belə ki, ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. Komitənin təhlili əsasında 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub.
Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradıldığı aşkar edilib. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında qeyd edilib ki, hazırda ölkədə 382 təbii və süni göl var. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən, dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Ekspertlər hesab edir ki, balıq göllərinin ləğv edilməsi əslində pərdəarxası məqamlardan xəbər verir. Yəni bu məsələdə torpaq sahələrinə ayrılan diqqət və əhəmiyyətdən söz getmir. Məqsəd balıq biznesinin vahid mərkəzdən idarə edilməsi və bu istiqamətdə proseslərin maraqlı tərəflərin xeyrinə inkişaf etdirilməsidir. Tam olaraq ət kəsimi və satışı məsələsində olduğu kimi, yəni vahid mərkəzin bu sahəni idarə etməsi, nəzarət və yürütməsindən ibarətdir. Belə olan təqdirdə sözügedən sahə birbaşa olaraq maraqlı qurumların nəzarəti altında həyata keçirilərək və məlum biznes öz çıxarları sayəsində fəaliyyətə davam edəcək.
İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu işlər bir kampaniya xarakteri daşıyır: "Bir də baxırsan ki, bir gündə bütün maşınların içərisində olan ilk tibbi yardım çantası yoxlanılır və cərimələnir. Bir aydan sonra yaddan çıxır. Azərbaycanda bütün işlər kampaniya xarakterli, hansısa maraq xatirinə aparılır. O vaxt maşınlarda olan ilk tibbi çantalarla bağlı yoxlamalar aparılanda məlum oldu ki, Dövlət Yol Polisinin yüksək çinli məmurlarından biri Azərbaycanın böyük ticarət mərkəzlərində həmin çantaların biznesi ilə məşğuldur. Bu tərəfdən də tapşırır ki, tibbi çantaları yoxlayın. Yəni bu kimi kampaniyaları saymaqla bitməz. Bütün kampaniyaların da altında hansısa məqsəd və korporativ maraq dayanır. İndiyədək Azərbaycanın bütün rayonlarında demək olar ki, süni göllər yaradılıb və balıq yetişdirilir. Yetişdirilən bu balıqlar əslində çox yararsızdır.
Çünki bu zaman hansısa mütəxəssis rəyi və yaxud məsləhəti nəzərə alınmır. Kim harda istəyirsə, süni göl yaradır və balıq yetişdirir. Məsələ burasındadır ki, o işlə məşğul olan adam hökumətdən yer və bunun üçün icazə almalıdır. Göl yaradılarkən ətraf əraziyə ziyan vurmaması nəzərə alınmalıdır. Çünki orada çoxlu su toplanır. İstərdim ki, Azərbaycanın səlahiyyətli qurumlar belə göllərin hamısını ləğv etsinlər, aradan qaldırsınlar və əraziləri əvvəlki vəziyyətinə gətirsinlər. Əslində bilmirəm, doğurdanmı hökumət münbit torpaqların qeydinə qalaraq belə bir işə başlayıb? Yoxsa bunun da arxasında hansısa özəl maraq dayanır? Çox güman ki, bu məsələnun arxasında korporativ maraqlar dayanır. Azərbaycanda məmurlar kənd təsərrüfatının monopoliyaya alınması, torpaqları cəmləşdirərək bir əldə birləşdirilməsi kimi variantlardan istifadə edir.
Əsasən bunu aşağı təbəqə məmurlar edir və onlar da yuxarı ranqlı məmurlardan bunun üçün kömək istəyir. Onlar da qanunvericilik səviyyəsində müəyyən işlər görürlər. Ola bilsin ki, bu da həmin işin tərkib hissəsidir. Amma hər halda süni göllərin ləğv edilməsi işin xeyrinədir. Heç olmasa, xeyli miqdarda torpaq zərərlərdən təmizlənəcək. Çünki torpaqların çox hissəsini o göllər yararsız hala salıb. O torpaqlar şoranlaşmadan və digər zərərli səbəblərdən azad olacaq. Hətta o da ola bilər ki, balıq biznesini, yaxud da torpaqları ələ keçirsinlər”.