“European Tobacco – Baku” səhmdarlarına təzyiq edib səhmləri almaq istəyir - VİDEO
Fevral 17
12:21
2024
Səhmdarlar aylıq dividendlərinin verilmədiyini, üstəlik onlara məxsus səhmlərin qat-qat ucuz qiymətə satılması üçün təzyiq edildiyini iddia edirlər.
Qlobal.az "Xəzər TV”yə istinadən xəbər verir ki, söhbət Bakıda yerləşən "European Tobacco – Baku” şirkətindən gedir.
Vətəndaşlar iddia edir ki, hazırda şirkət rəhbərliyi səhmləri ucuz qiymətə almaq istəyir. Üstəlik onlara ötən müddət ərzində dividend də verilməyib.
İddiaçılar bildirir ki, səhmdarlara verilməli olan dividendlərin faizi də azaldılıb.