SON XƏBƏR

"EVDƏ Bar & Grill" restoranından ərəb turistlərə "ENDİRİM": 1000 manatlıq "şot" 597 manat oldu - FOTO

İyul 04
03:08 2019
Camalxanova Sevinc Əhməd qızı Marja.az İnstagram səhifəsinə müraciət edərək "Amburan Beach Club"da fəaliyyət göstərən "EVDƏ Bar & Grill" restoranından şikayətlənib.
 
Sevinc xanımın yazdığına görə, İyunun 26-da 6 nəfərlə nahar üçün bu restoranı seçiblər: "İlk öncə menyu tələb etdik. Bizə menyu gətirdilər, sonra baxmağa qoymadılar. Dedilər "özümüz gətirəcəyik". Bizə birinci dedilər "hərəyə qarnirlə 1 tikə ət gətirək". Dedik "gətirin". Sonra dedilər "balıq da var". Biz də dedik "hərəyə 1 tikə balıq gətirin. Həmçinin 1 nəfər sezar yeyəcək". Sonda bizə 1000 manatlıq hesab təqdim etdilər. Biz etiraz etdik. Sonra guya endirim etdiklərini bildirərək hesabı 597 manata endirdilər. Biz hesabdakı qidaların çoxunu sifariş verməmişik. Adi 2 butulka su necə 24 manata ola bilər? Ananas freşi necə 36 manat ola bilər? Hesabda Fisincan plov yazılıb-25 manat. Onu 1 porsiya qarnir kimi veriblər. Musiqi də yox idi, başımıza su damırdı. Şikayətimizi bildirəndə, "hava istidir, heçnə olmaz" cavabını verdilər. 54 manat servis pulu yazıblar. Bu pulu tələb etmək üçün mükəmməl xidmət olmalıdır. Biz lazım olanda ofsiant tapa bilmirdik".
 
"EVDƏ Bar & Grill"dan iddialara münasibət öyrəndik: "Həmin gün 6 nəfərdən ibarət kampaniya bizim qonağımız oldu. Onlardan üçü bizim yerli xanımlarımız, digər üçü isə əcnəbi (BƏƏ) vətəndaşı idi. Bizim rəsmi menyumuzdan çoxlu sayda yemək sifariş edilmiş (hansılarla ki, rəsmi səhifəmizdə tanış ola bilərsiniz) və yeməklərin hər biri hazırlandıqdan sonra, təamlar süfrəyə təqdim edildiyi zaman həmin yeməklərdən imtina edilmişdir. Qeyd edək ki, yeməklər artıq süfrəyə gətirilən zaman onların ödənişi hesablanmışdır. Masaya sifariş olunmayan əlavə heç bir yemək gətirilməyib. Lakin qonaqlar, sonda yeməklərdən imtina etdikləri zaman, biz həmin yeməkləri paketləyərək, qonaqlara təqdim etmək qərarına gəldik. 

Lakin müştəri bundan da imtina etdi. Müştərilərin ölkəmizin qonağı olduğunu nəzərə alaraq, biz hətta sifariş olunan, lakin yeyilməyən yeməklərin ödənişini öz üzərimizə götürdük. Qəbzdə olan qiymətlər, menyuda olan qiymətlərlə eynidir. Bu səbəbdən bizə heç bir irad tutula bilməz. Qonaqların əyləşdiyi ümümi zalda isə musiqi olmur".
 
Qlobal.Az
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook