SON XƏBƏR

Evlilik verilişinə qatılan azərbaycanlı "idmançı"nın yalanı üzə çıxdı - VİDEO

Fevral 24
19:59 2017
Xəbər verdiyimiz kimi, Əli adlı azərbaycanlı şəxs Türkiyənin "Star TV” televiziyasında yayımlanan "Zuhal Topalla” evlilik verilişinə qatılıb. O, proqramda uzun müddətdir iştirak edən həmyerlimiz Naz Milanı bəyəndiyini söyləyib. Nazın ona elçi düşən həmin oğlana cavabı isə "xeyr” olub.

Əli həmçinin canlı yayımda Braziliya ciu-jitsusu ilə məşğul olduğunu, Dünya Kubokunu qazandığını, Azərbaycan birincisi və ikincisi olduğunu bildirib.

Oxu.Az Əlinin söylədikləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Əli efirdə yalan söyləyib.

Azərbaycan Ciu-Citsu Milli Federasiyasının prezidenti Mirəli Seyidov Oxu.Az-a bildirib ki, həmin şəxs federasiyasının üzvü deyil.

Federasiyanın vitse-prezidenti, Braziliya Ciu-Citsusu Departamentinin rəhbəri Azər Bəydullayev isə məsələ ilə bağlı bunları söyləyib:

"Həmin şəxs nə federasiyanın, nə də yığmanın üzvüdür. Yığmanı formalaşdırmazdan bir il əvvəl Gənclər və İdman Nazirliyinə hesabat veririk. Tutaq ki, yığma 10 nəfərdən ibarətdirsə, hər birinin adı, soyadı nazirliyə təqdim olunur.

Məlum məsələdir ki, Dünya çempionatına heç kəs özbaşına qatıla bilməz. İlk növbədə yığmanın üzvü olmalı, Bakı və Respublika çempionu adını qazanmalı, təlim-məşq toplantılarından keçəməli, daha sonra Dünya çempionatına yola çıxmalıdır”. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook