Evsiz vətəndaşlara şad xəbər: Mənzil əldə etmək asanlaşdı
Yanvar 28
08:54
2019
İpoteka Fondunun balansında olan mənzilləri satmaq öhdədiliyi ilə kirayəyə verməsi vətəndaşların mənzil şəraitinin yaxşılaşmasına xidmət edir. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, kirayə qalaraq sonda mənzilə sahib olmaq daha sərfəlidir. Çünki vətəndaş bankdan kredit götürmədiyinə, mənzil bankda girovda qalmadığına görə hansısa faiz dərəcələrinin ödənilməsi nəzərdə tutulmayıb. Vətəndaş sadəcə mənzilin dəyərinin 300 aya bölünərək alınan hissəsini ödəməklə mənzilə sahib olmuş olur. Aylıq kirayə haqlarının bazar qiymətindən aşağı olacağı proqnozlaşdırılır.
Nizamnamə təsdiqləndiyindən mənzillərin artıq bu ildən kirayəyə təklif ediləcəyi gözlənilir. (Xəzər TV)
Onun sözlərinə görə, bununla vətəndaşların mənzilə sahib olmaq imkanları asanlaşır. Vüqar Bayramovun fikrincə, təsdiq edilmiş əsasnaməyə görə İpoteka Fondunun mənzillərində kirayə qalmaq üçün nəzərdə tutulan tələblər geniş deyil.
Nizamnamə təsdiqləndiyindən mənzillərin artıq bu ildən kirayəyə təklif ediləcəyi gözlənilir. (Xəzər TV)
Qlobal.Az