SON XƏBƏR

"Exit-poll" üzrə partiyaların səstoplama siyahısı açıqlandı

Sentyabr 02
08:58 2024
ABŞ-nin "Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exit-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyası (YAP) - 63, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Bütöv Azərbaycan Partiyası (BAP ) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP ) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1 və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 1 nəfərlə təmsil olunacaq. Bundan başqa, 46 nəfər bitərəf namizəd var.

Qeyd edək ki, "Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook