SON XƏBƏR

"Çexiya hakimiyyəti Qarabağda tapılan sursatlarla bağlı təhqiqat aparır" - Səfirdən CAVAB

Oktyabr 05
09:48 2023
Sentyabrın 25-də AzPolitika.info saytında «Çexiya istehsalı olan silah-sursatlar Qarabağdakı separatçılara necə ötürülüb?» başlıqlı məqalə dərc olunmuşdu.

Həmin məqalədə Qarabağda aparılmış anti-terror əməliyyatı nəticəsində erməni terrorçularından ələ keçirilən silah və sursatlar arasında Çexiya istehsalı olan mərmilər də aşkarlanmışdı. Azərbaycan Müdafiə Nazirliyinin Yuxarı Veysəlli kəndində ələ keçirdiyi silah-sursatla bağlı paylaşdığı videodan da bu aydın sezilirdi. 

Məqalədə deyilirdi ki, «M73 HE Mortar Shell» yazılan, CZ/CİM kodu ilə Çexiyada istehsal edildiyi qeyd olunan qutuların üzərində onların seriya və nömrələri də görünür.: «Qutularda gördüyümüz rəqəmlər bizim üçün nə qədər anlaşılmaz gəlsə də, istehsalçı ölkələrin aidiyyatı olan qurumları məhz bu rəqəm və hərflər əsasında öz reyestrlərində araşdırma apararaq, sursatların nə vaxt istehsal edildiyini, kimə satıldığını da öyrənə bilərlər. Təbii ki, həmin silah-sursatların Çexiya tərəfindən Qarabağdakı separatçılara rəsmi surətdə satılması məntiqə sığmır. Əgər Qarabağda Çexiya istehsalı olan mərmi varsa, deməli, yaxında Çexiya istehsalı olan silah da var. Çexiya istehsalı olan bu və digər silah-sursatlar Qarabağdakı separatçılara necə, hansı yollarla ötürülüb?».
Sözügedən məqalədə, Çexiya Respublikasının Bakıdakı Səfirliyinə də sorğu verildiyi qeyd olunmuşdu.
Çexiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek "AzPolitika".info" saytının sorğusuna cavab verib.
Səfir öz cavabında məlumat üçün təşəkkür edərək, Praqada məsələnin araşdırıldığını bildirib.

«Hazırda aidiyyəti orqanlar minaatan mərmilərilə bağlı məsələlərin təfərrüatlarını öyrənmək üçün təhqiqat aparır», — deyə Milen Sedlaçek vurğulayıb.
Çexiyanın Bakıdakı səfiri hər hansı nəticə ilə əldə ediləcəyi halda. məlumat verəcəyini əlavə edib.
 
Azpolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook