SON XƏBƏR

“ExpressBank” qaydanı pozdu - Nazirlik xəbərdarlıq etdi

Aprel 07
01:24 2023
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda bank xidmətlərinin reklamında qanun pozuntuları aşkarladığı barədə məlumat verib. Dövlət xidmətindən bildirilib ki, "Reklam haqqında” qanunda maliyyə, bank, sığorta, investisiya xidmətləri, eləcə də qiymətli kağızların reklamı üçün xüsusi qaydalar təsbit edilib.

Qlobal.az Kommersant.az-a istinadən xəbər verir ki, istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:

Kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;

- Kreditin müddəti;

- Kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;

- Kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.

"ExpressBank” isə rəsmi internet saytında yayımladığı reklamın "Nağd Pul” kreditlərində faktiki illik faiz dərəcəsi barədə məlumat yayımlamayıb. Buna görə də "Reklam haqqında” qanunu pozub ki, bu da Nazirliyin aşkarladığı sözügedən qanun pozuntusudur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook