SON XƏBƏR

Əziz Orucovun həbs müddəti uzadılıb

Fevral 21
16:13 2024
Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb.

"Report” xəbər verir ki, qərar Bakı Şəhəri Səbail Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.

Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook