“Əziz Şuşa” adlı beynəlxalq turnirdə 10 ölkədən 80-dək velosipedçi mübarizə aparacaq
İyul 07
07:35
2022
Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək "Əziz Şuşa” adlı beynəlxalq turnirində 10 ölkədən ümumilikdə 80-dək idmançı mübarizə aparacaq.
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, iyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda "Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu raundda velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar.
İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki "Qarabağ” hotelinin qarşısına yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.