"Facebook" siyasi reklamlara icazə verməyəcək
Sentyabr 04
11:48
2020
Sosial media platforması "Facebook” 3 noyabr tarixində keçiriləcək ABŞ prezident seçkilərindən 7 gün öncə siyasi reklamlara icazə verməyəcəyini açıqlayıb.
Bu barədə "Facebook”un CEO-su Mark Zukerberq məlumat verib.
O, namizədlərin seçkilərə 7 gün qalmış yeni iddialara cavab verməsi üçün kifayət qədər vaxtları olmaması ehtimalına qarşı "Facebook”da siyasi reklamlara icazə verilməyəcəyini vurğulayıb.
Zukerberq seçkilərin nəticələri açıqlanmadan əvvəl qələbə elan edən namizədlərin postlarına isə xəbərdarlıq etiketi əlavə ediləcəyini qeyd edib.