SON XƏBƏR

"Fairmont Baku" hotelində jurnalistləri təhqir edən biznesmen oğlu həbs edildi

İyul 06
15:07 2020
Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

"Report”un xəbərinə görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev "Fairmont Baku" hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook