Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Noyabr 23
14:11
2020
İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli arasında dəmiryolu xəttinin istismara verilməsi ilə Fars körfəzi dəmiryolu vasitəsi ilə Xəzər dənizinə birləşəcək.
Trend-in məlumatına görə, bunu İranın Nəqliyyat İnfrastrukturlarının inşası və inkişaf etdirilməsi şirkətinin direktor müavini Abbas Xətibi Fars informasiya agentliyinə açıqlamasında deyib.
A.Xətibinin sözlərinə görə, Rəşt şəhərindən Ənzəli şəhərində Kaspian limanınadək dəmiryolu xəttinin uzunluğu 37 kilometrdir.
Xətibi əlavə edib ki, indiyədək bu dəmiryolu xəttinin inşasına 22,9 trilyon rial (təxminən 545 milyon dollar) vəsait yatırılıb və inşa işlərində 25% irəliləyiş var.
Şirkət rəsmisi bildirib ki, daha 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsaitin yatırılması ilə bu dəmiryolu gələn ilin 2-ci ayında (21 aprel -21 may 2021) istismara veriləcək.