SON XƏBƏR

"Faşisti Ağ Evdən uzaq tutmaq lazımdır" - Obama Tramp barədə

Yanvar 27
09:16 2020
2016-cı ildə seçki kampaniyası zamanı Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Barak Obama fəaliyyətdə olan Amerika lideri Donald Trampı «faşist» adlandırıb. Guya Obama bu fikri Virciniyadan olan senator-demokrat Tim Keynlə söhbəti zamanı səsləndirib.

Keynin etirafı yazılmış video 2016-cı ildə meydana gəlib və Trampın başlıca rəqibi Hillari Klinton barədəki sənədli filmə birləşdirilib.

«Prezident Obama mənə zəng vurdu və dedi: «Tim, yadda saxla, indi turist olmağın vaxtı deyil. Sən faşisti Ağ Evdən kənar tutmalısan»» - deyə, telekanal Keyndən sitat gətirir.

KİV-lər dəqiqləşdirirlər ki, faşist barədə danışarkən, Obama Trampı nəzərdə tutub.

Ötən il hollivud aktyoru Robert-de Niro da bəyan edib ki, Donald Tramp faşizm yolunda olan rasistə çevrilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook