Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət açdı - Sənədlər
Oktyabr 10
20:07
2019
Sabiq Vergilər naziri Fazil Məmmədovun kürəkəni Avropada daha iki şirkət təsis edib.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində məlumat yayıb.
"Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin keçmiş müavini Namiq Əliyevin oğlu) İngiltərədə daha 2 şirkət açıb.
Əbdül Əliyev bu ilin iyunun 27-də Londonda NOAP PROPERTIES LIMITED şirkətini (qeydiyyat nömrəsi 12072403) qeydiyyatdan keçirib. Şirkətin qeydiyyat ünvanı 12 Second Floor, Ogle Street, London, England olaraq göstərilib.
Ötən ayın 16-da isə onun daha bir şirkəti Londonda qeydiyyata alınıb. AMPCO 147 LIMITED-in hüquqi ünvanı isə (qeydiyyat nömrəsi12208094) 7 The Ropewalk, Nottingham kimi göstərilib.
Əbdül Əliyevin Britaniya və Almaniyada indiyədək çoxlu sayda şirkətləri olub".
Qlobal.az