Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslər ifadə veriblər
Fevral 19
09:42
2024
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib.
"Fazil Mustafadan xoşum gəlmədiyinin bir çox səbəbləri var. O, Aşuranı təhqir edib. Aşurada məclislərdə insanlara ulaşır, mələşir deyirdi. Mən bunu necə qəbul edə bilərəm? Onun "Facebook" səhifəsini açın və hər şeyi özünüz görəcəksiniz. Mənlə birgə oturan təqsirləndirilən şəxslərin günahı yoxdu. Silah isə mənə məxsus idi".
"Azəri məsciddən tanıyıram. Onunla xırda biznesimiz olub, yağ satırdıq. Onun verdiyi silahı saxlamışam. Fazil Mustafaya qarşı hər hansı bir planının olması ilə bağlı məlumatım yox idi. Dostum Valehə gəldikdə isə o mənim uşaqlıq dostum olub. Suriyada döyüşüb, ordan da səhv etmirəmsə İrana keçərək yaşayır".
R.Əhmədovun sözlərinə görə silahı ona hadisədən qabaq təqsirləndirilən şəxs Azər Səricanov verib:
Hərbiyə böyük marağım olub və daha çox arzum pilot olmaq idi. Ona görə də telefonumda bəzi yerlərin fotoların çəkib saxlayırdım. Azərin həbs olunmasını eşidib qorxdum və İrana - Qum şəhərinə getdim".
Məhkəmə növbəti iclası martın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.