SON XƏBƏR

Fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 9,8 faiz artıb

İyun 23
14:25 2021
Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artıb.

Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8 faizlik artım müşahidə edilir.

Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1 faiz azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6 faiz) müşahidə olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook