FED dolları bahalaşdırdı - manatı nə gözləyir? - Proqnoz
İyun 16
14:03
2017
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cannet Yellenin uçot dərəcəsinin "2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" açıqlamasından sonra "Fitch" beynəlxalq reytinq agentliyi FED-in uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracağını bəyan edib
İqtisadçı Natiq Cəfəli Modern.az-a bildirib ki, "Fitch”in bu açıqlaması dekabr toplantısında da faiz artımına gediləcəyini deməyə əsas verir:
"Dollar öz "ev”inə geri dönür...”
"İki gün əvvəl Federal Ehtiyatlar Sistemi növbəti faiz artımına getdi. Rəsmi məlumatdan görünür ki, ilin sonunadək ən azı daha bir dəfə faiz artımına gediləcəyi proqnozlaşdırılıb. Çox güman ki, bu, sentyabr-oktyabr toplantısında baş tutacaq. FED-in sürətlə faiz artımına getməsi Amerika iqtisadiyyatında dirçəlmə və toparlama prosesinin də sürətlə getməsinə işarə verir. Eyni zamanda, faiz artımının dünya iqtisadiyyatına çox ciddi təsirləri gözlənilir. Hələlik son faiz artımından sonra dünya birjalarında böyük çalxantı olmadı. Çünki artıq mart ayından bəri, iyunda faiz artıma gediləcəyilə bağlı rəy yaranmışdı. Obrazlı desək, dünya birjaları və bazarları bu xəbəri artıq həzm etmişdi.
Bu baxımdan "Fitch”in daha sürətli faiz artımı ilə bağlı proqnozu sonuncu - dekabr toplantısında da artım olacağına işarə edir ki, bu da daha ciddi nəticələrə gətirib çıxaracaq. Çünki FED-in faiz artımı və uçot dərəcəsinin artırılması dünyada dollar indeksinin bahalaşmasına, yatırımları Amerikaya geri çəkməyə xidmət edəcək. Obrazlı desək, dollar "ev”inə geri dönür. Yəni Amerika yatırımlar üçün çox cəlbedici bir ölkəyə çevrilir. Ona görə də dollar indeksinin bahalaşması dünya birjalarında iki yöndən təsirlərini göstərir: dollar bahalaşdıqca digər ölkələrdə də banklar uçot dərəcələrilə bağlı qərar verməyə məcbur olurlar. İkinci, ən böyük təsir isə əmtəə qiymətlərində özünü biruzə verir. Bunlar qızıl, neft, daş kömür və bu tipli enerji daşıyıcıları, əlvan metalların qiymətlərinə təsir göstərir. Dollar bahalaşdıqca onların qiyməti aşağı düşür”.
"İlin sonuna doğru manatın məzənnəsi ucuzlaşacaq”
N.Cəfərli bildirib ki, uçot dərəcəsinin artımı ilə bağlı qərarlar manatdan da yan keçməyəcək:
"Mərkəzi Bank inzibati yolla olsa da manatın məzənnəsini sabitləşdirib. Artıq 3 aydır ki, milli valyuta dollarla nisbətdə 1.70 AZN civarındadır. Manatı dövriyyədən yığırlar və bununla da milli valyutanın dollara qaçmasının qarşısını alırlar. Bu da iqtisadi aktivliyi zəiflədir. Rəsmi rəqəmlərə görə, bu ilin ilk 4 ayı ərzində ÜDM 1,4 faiz azalıb. Təbii ki, Mərkəzi Bank uzun müddət belə sıx siyasət apara bilməyəcək. Ölkənin əsas hədəfi iqtisadi canlanma olmalıdır. İqtisadi canlanma üçün pul, kreditləşmə vacibdir. Gec-tez Mərkəzi Bank bu addımları atmaq məcburiyyətində qalacaq. Manatın dövriyyəsi qalxdıqca, məzənnəsində ciddi dəyişikliklərin olması ehtimalı yüksələcək. Mən kəsin addımların, bir gecəlik devalvasiyaların olacağını düşünmürəm. Bu kimi proseslər artıq arxada qalıb. Çünki hökumət və Mərkəzi Bank anladı ki, şok devalvasiyalar iqtisadiyyata çox böyük ziyan vurur. Amma yumşaq şəkildə, addım-addım məzənnənin ucuzlaşmasının şahidi olacağıq. Xüsusilə də payız aylarından başlayaraq dekabrın sonunadək bunu izləyə biləcəyik. Bu addımların atılması ehtimalları çox yüksəkdir”.