FED uçot dərəcəsi ilə bağlı qərar verdi
Sentyabr 21
02:20
2017
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
"APA-Economics" xəbər verir ki, FED uçot dərəcəsini 0,1-1,25% səviyyəsində saxlayıb.
Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.
Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.