SON XƏBƏR

Fəlsəfə doktorunun şirkəti nazirliyin 262 minlik tenderinin qalibi oldu

Fevral 22
05:00 2020
Mədəniyyət Nazirliyi Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibatına 262.360 manat xərcləyəcək.
 
Qlobal.az xəbər verir ki, nazirliyin bu məqsədlə sifarişçi olduğu tenderə yekun vurulub. 
 
Mədəniyyət nazirliyinin "Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibat işlərinın satınalınması" üzrə sifarişçi olduğu satınalmanın dəyəri 262.360 manat, qalibi isə "Rəqəmli Dövr" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 
 
Nizamnamə kapitalı 20 manat olan "Rəqəmli Dövr" MMC 2001-ci ilin mart ayında Vergilər Nazirliyinin reyestrində dövlət qeydiyyatına alınıb. 
 
Şirkətin qanuni təmsilçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyevdir. 
 
Qeyd edək ki, "Rəqəmli Dövr" MMC Mədəniyyət Nazirliyinin 2018-ci ilin may ayında sifarişçi olduğu daha bir tenderin qalibi olub.
 
Belə ki, 2018-ci ildə nazirliyin ""Bakı Prosesi”nin 10 illik yubiley tədbirlərinin xarici ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təşkili işləri" üzrə sifarişçi olduğu tenderin dəyəri 219.000 min manat təşkil edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook