SON XƏBƏR

Fərhad Məmmədov: Məqsədimiz Azərbaycanın idman şərəfini daha yüksəklərə qaldırmaqdır

Mart 25
16:25 2016
Martın 25-də Tbilisi şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışı başlayacaq. Yarışlarda Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular Gürcüstanən paytaxtına gəliblər.
 
Kişilərdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədov AZƏRTAC-a müsahibəsində bu yarışlara ciddi hazırlaşdıqlarını deyib: "Tbilisiyə biri qadın olmaqla 12 idmançı ilə gəlmişik. Məqsədimiz daha çox medal qazanmaqla Azərbaycanımızın idman şərəfini qorumaq və daha yüksəklərə qaldırmaqdır. Burada qələbə qazanacaq cüdoçularımız yaxın günlərdə Türkiyənin Samsun şəhərində keçiriləcək başqa bir yarışda iştirak hüququ qazanacaqlar. Biz Tbilisiyə gəncləri cəlb etmişik. Eyni zamanda, bura Avropa, dünya və digər nüfuzlu beynəlxalq idman yarışlarında qızıl medallar qazanmış Elmar Qasımov (100 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokauri (+100 kq) kimi cüdoçularımız da gəliblər”. Martın 24-də idmançıların mübarizə aparacaqları qruplar müəyyən olunub.
 
Martın 25-də 60,66 və 48 kiloqram çəki dərəcələrində mübarizə aparacaq cüdoçularımız tatami üzərinə çıxacaqlar.
 
Martın 26-da 73 və 81 kiloqram çəkidə dərəcəsində, martın 27-də isə 90, 100 və yüz kiloqramdan ağır pəhləvanlarımız mübarizəyə qoşulacaqlar.
 
Qeyd edək ki, üç gün davam edəcək reytinq xarakterli və Olimpiya yarışına seçim statuslu turnirdə 70 ölkədən 455 idmançı birincilik uğrunda mübarizə aparacaq. (AZƏRTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook