SON XƏBƏR

“FETÖ təkcə Türkiyənin deyil, insanlığın da düşmənidir” - Fəxrəddin Altun

İyul 14
12:53 2023
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "15 iyul Demokratiya və Milli Birlik Günü” tədbirləri çərçivəsində İsveçin paytaxtı Stokholm və Almaniyanın paytaxtı Berlində keçirilən "15 İyul Türkiyənin Demokratiya Zəfəri” mövzusundakı panelin iştirakçılarına video mesajla müraciət edib.

"Report" xəbər verir ki, F.Altun müraciətində Türkiyə Silahlı Qüvvələrinə (TSK) sızmış Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub bir qrupun xain çevriliş cəhdinin əziz türk milləti tərəfindən qarşısının alınmasının 7-ci il dönümü olduğunu xatırladıb.

Düz yeddi il əvvəl 2016-cı il iyulun 15-nə keçən gecə millətin evi olan Cumhurbaşqanlığı Külliyəsinin, millətin iradəsini təmsil edən TBMM-in, körpülərin, təhlükəsizlik və kəşfiyyat orqanlarının güllə və bombalarla dağıdıldığına diqqət çəkən Altun sözlərini belə davam etdirib: "İyulun 15-nə keçən gecə məruz qaldığı xəyanət qarşısında bu xalq misli görünməmiş səfərbərliyə başladı. Prezidentimizin çağırışı ilə ölkənin hər yerindən insanlar küçələrə, meydanlara axışaraq bu hücuma qarşı sinələrini qarşı sipər etdilər. Millətimiz prezidentimizin rəhbərliyi altında 15 iyul qəyyumlarını, çevrilişi cəhdi edənləri, işğalçıları böyük məğlubiyyətə uğratdı”.

Tarixi müqavimət gecəsində 252 vətəndaşın xəyanətkar dəstə üzvlərinə qarşı müqavimət göstərərək şəhid olduğunu ifadə edən Altun şəhidlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyib, qazilərə minnətdarlığını bildirib.

İyulun 15-nə keçən gecə Türkiyənin millət-dövlət inteqrasiyası ilə çevriliş cəhdinə müqavimət göstərdiyi bir vaxtda bəzi mərkəzlərin susqunluğu və qeyri-müəyyən bəyanatları ilə də qarşılaşdıqlarını vurğulayan Türkiyə rəsmisi "Türk milləti canı, vətəni və müstəqilliyi ilə sınandığı sınaqdan uğurla çıxarkən, özünü Türkiyənin dostu və müttəfiqi olaraq göstərən, demokratiya, insan haqları, azadlıqlar və bir çox bənzər anlayışın sahibi kimi görən bir çox mərkəz təəssüf ki, o gecə qarşılaşdıqları sınaqdan çıxa bilmədi. Çevriliş cəhdinin uğursuz olacağı anlaşılana qədər səssiz qalanlardan günlərlə susqunluğunu qoruyanlara, milləti qətlə yetirən terror təşkilatını bərabərhüquqlu tərəf kimi qəbul edib guya tərəfləri təmkinli olmağa çağıranlara qədər bir çox mərkəz millətimiz canı bahasına mübarizə apararkən bu xain cəhdi qınamağı belə bacarmadı.

Türk milləti və dövləti hər şeyə rəğmən çevriliş cəhdinin qarşısını almağı bacarmış, bu xain kütləni bütün dövlət qurumları və təşkilatlarından təmizləmək üçün böyük mübarizə aparmışdır. Türk Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələri başda olmaqla bütün qurum və təşkilatlar əliqanlı FETÖ-dən təmizlənmişdir. Dövlətimiz FETÖ-yə qarşı mübarizəsini bütün gücü ilə davam etdirir. FETÖ-dən təmizlənmə prosesinin müsbət təsirləri hüquq-mühafizə orqanlarından kəşfiyyata, bürokratiyadan terrorla mübarizəyə qədər hər sahədə siyasi iradənin, yəni millətin iradəsinin direktivlərinə qəti şəkildə uyğun gələn və nəticə əldə edən bir dövlət mexanizmi olaraq ortaya çıxıb”, - deyib.

F.Altun FETÖ-nün təkcə Türkiyənin deyil, onun yayılmasına imkan verən hər bir dövlətin, bəşəriyyətin düşməni olduğunu qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook