"FETÖ" və SOROS Gəncədə YAP-a qarşı...
Aprel 18
13:18
2022
Gəncə Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev YAP-ın Gəncə təşkilatına qarşı gözlənilməz addım atıb. Qalmaqallı gənc məmur direktorlara tapşırıq verib ki, iqtidar partiyasının yerli təşkilatının "Yeni Gəncə" adlı media orqanına abunə yazılmasınlar.
Qlobal.az xəbər verir ki, Demokratik.Az-ın əldə etdiyi məlumata görə, bu hadisə şəhər ictimaiyyəti, xüsusilə də Gəncə icra hakimiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Qədimalıyev bu tapşırığına görə rəsmən qınanılıb, lakin, təhsil şefi mövqeyindən geri çəkilməyərək baş verənləri maliyyə sıxıntıları ilə və direktorların özlərinin istəklərilə əlaqələndirməyə çalışıb. Lakin, bir çoxları hesab edirlər ki, Anar Qədimalıyevin etdiyinin kökündə siyasi arenaya hesablanmış məqsədlər var.
Belə ki, təhsil müdiri belə bir bayağı tapşırığı sabiq YAP sədri, deputat Naqif Həmzəyevdən də ala bilər, bu yolla YAP Gəncə şəhər təşkilatının yeni sədri Ramil Orucovun nüfuzuna xələl gətirməyə çalışıla bilər. İddia edilir ki, sabiq icra başçısı Elmar Vəliyevin dəstəyilə uzun illər YAP Gəncə təşkilatına rəhbərlik etmiş və deputat olmuş Naqif Həmzəyev bir müddət əvvəl YAP sədrliyindən çıxarılmasını və yeni təyinatı həzm edə bilmir.
Bəzi iddialara görə, "Nurçu"lara yaxınlığı ilə ad çıxarmış Naqif Həmzə ilə Gəncənin təhsil şefi yaxın dostdurlar. Və Naqif Həmzəyevin dönəmində "Yeni Gəncə" qəzetinə qarşı atılmamış radikal qərar hər iki şəxsin naxoş maraqları əsasında da baş verə bilər.