SON XƏBƏR

FETÖ-çü iş adamı 7 il əvvəl qovulduğu Azərbaycanda: Tefvik Göksunu Qarabağın bərpasına kimlər cəlb edib?

May 04
19:46 2021
Terrorçu Fətullah Gülən şəbəkəsinin əsas fiqurlarından biri hesab olunan Tefvik Göksu illəer sonra yenidən Azərbaycanda "zühur” edib. 

2011-ci ildə "Azərsu” ASC-yə dəvət edilərək, adıçəkilən qurumun irihəcmli layihələrinin icrasında əsas söz sahibi olan türkiyəli iş adamı Tefvik Göksu bu vəzifədə 3 il çalışıb. 

AzFakt.com-un əldə etdiyi məlumata əsasən, "Azərsu”dakı fəaliyyəti dövründə milyonlarla vəsaitə sərəncam verən Göksu bu müddət ərzində mühüm fiqurlarından biri olduğu FETÖ terror şəbəkəsinin maliyyələşməsində və çete mənsublarının Azərbaycanın dövlət qurumlarında yerləşdirilməsində ciddi rol oynayıb. 

Qeyd olunur ki, Göksu "Azərsu”da işlədiyi dövrdə həyata keçirilən layihələrin iştirakçısı olan Türkiyə şirkətlərinə yönəlik təqribən 300 milyon dollar həcmində dələduzluğa yol verib. Hətta Göksunun bu qanunsuzluğu iki ölkə arasında münasibətlərin soyumasına təkan verən olaylar sırasında xüsusi yer tutub. 

Bununla belə, 2014-cü ildə Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) ilə Azərbaycanın o dövrki Milli Təhlükəsizlik Nazirliyi (MTN) arasında anlaşmaya uyğun olaraq, Göksu FETÖ ilə bağlılığı səbəbindən Azərbaycandan deport edilib.

Lakin hansısa "gizli əllər” Gülən şəbəkəsinin kilid adamlarından biri olan Tefvik Göksunun Azərbaycana yolunu təkrar açıblar və o işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpa prosesinə cəlb olunub. Bu çərçivədə Göksunun görəcəyi işlər sırasında Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı və Türkiyəni birləşdirən nəqliyyat dəhlizinin inşası kimi son dərəcə strateji layihə da daxildir.  

Terrorçu FETÖ şəbəkəsinin "pul kisələri”ndən biri olan və 7 il əvvəl Azərbaycandan deport edilən Tefvik Göksunun Azərbaycanın postmüharibə dövrü üçün nəzərdə tutulan miqyaslı layihələrinin icrasına kimlərin vasitəsilə və hansı yollarla cəlb edilməsi böyük sual olaraq, qalmaqdadır.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook