SON XƏBƏR

Fətullah Gülənin erməni patriarxı Kalustyana məktubu üzə çıxdı

Noyabr 05
12:58 2019
15 iyul çevriliş cəhdindən sonra Adanada nəzarətə alınan şübhəlilərdən N.G.-nin evində aparılan axtarışda Fətullah Gülənin 1965-ci ildə Kırıklarelində bir məsciddə vaiz olaraq çalışdığı vaxt Türkiyə ermənilərinin Patriarxı Sınor Kalustyana yazdığı məktub ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, Gülənin imzası ilə yazılmış məktubda o, "qondarma erməni soyqırımı”nı tanıdığını elan edib.

Məktubda bunlar yazılıb:

"1915-ci ildə ermənilərə qarşı törədilən böyük soyqırımı lənətlə yad edirəm. Öldürülən, qətlə yetirilən insanların içində nə qədər böyük insanların olduğunu dərin bir həssaslıqla oxuyur, onları hörmətlə anıram. Böyük peyğəmbəriniz Hz. İsa Əleyhüssəlamın övladlarının müsəlman olan cahil insanlar tərəfindən qətl edilməsini şiddətlə qınayıram. Bu səbəbdən zati-alinizə sonsuz teşəkkürlərimi çatdırır, bu torpaqların dəyərli övladları olan erməni vətəndaşlarımızı, yunan vətəndaşlarımızı əziz türk qardaşları ilə daima əminamanlıq və səadət içində ömür sürmələrini ulu tanrıdan niyaz edirəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook