SON XƏBƏR

FHN 4 şirkətə 1 milyon manatdan çox vəsait verib - Tenderləri hansı şirkətlər udub?

Sentyabr 23
19:00 2020
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderlərinin nəticələrinin qaliblərini açıqlayıb. Qurum 4 tender üçün şirkətlərə 1 milyon 65 min 850 ödəyib.

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin tenderlərinin qalibləri və tender müqavilələrinin məbləği aşağıdakı kimidir:

"Yussal Provision" MMC təsərrüfat malları – 291 min 344 manat;

"Yussal Provision" MMC dəftərxana malları – 293 min 726;

"Vıtes Group" MMC it yemlərinin satınalınması – 189 min 910 manat;

"TNT Engıneerıng" MMC istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri – 290 min 870 manat. (fed.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook