SON XƏBƏR

FHN generalı işdən çıxarılır - Yerinə idarə rəisi gətirilə bilər

İyul 30
11:01 2024
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumata görə, 66 yaşlı generalın vəzifəsindən azad edilməsi ilə bağlı artıq müvafiq müraciət də edilib.

Bir müddət əvvəl Etibar Mirzəyevin təqaüdə göndəriləcəyi ilə bağlı xəbər vermişdik. Həmin vaxt bildirilirdi ki, 65 yaşı olan general-leytenant öz istəyi ilə vəzifəsindən azad olunması üçün müvafiq müraciət ünvanlayıb. Görünür onun işdən çıxarılması bu günlərdə reallaşacaq. 

Etibar Mirzəyevin yerinə FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərlinin təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Etibar Mirzəyev 30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var. Həmçinin Fövqəladə Hallar Nazirliyində Dövlət Yanğından Mühafizə Xidmətinin kuratordur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook