SON XƏBƏR

FİFA-da böyük qalmaqal: Blatter Platininin üzünə durdu

Avqust 06
12:01 2018
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası, yəni FİFA-nın keçmiş prezidenti Yozef Blatter bu günlərdə böyük səs-küy gətirəcək və hətta qalmaqal yaradacaq açıqlamalar verib.

Eks-prezident yazdığı kitabda futbol üzrə dünya çempionatının 2022-ci ildə Qətərə verilməsi ilə bağlı fırıldaq olduğunu etiraf edib.

Yozef Blatter təşkilatçı ölkənin seçilməsi ilə bağlı komissiyanın üzvləri Qətərin dünya çempionatını təşkil etmək qabliyyətinin olmadığı barədə məsləhətləri qulaqardına vurublar.

Onun sözlərinə əsasən Asiyanın olduqca isti sayılan bu ölkəsi UEFA-nın keçmiş prezidenti Mişel Platininin avropalı qurum üzvlərinə etdiyi təzyiqlərdən sonra bu hüququ qazanıb.

Blatter bu məsəldə Platininin Fransanın keçmiş prezindeti Nikola Sarkozi ilə bilrikdə hərəkət etdiyni yazıb.

Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı əvvəlki turnirlərdən fərqli olaraq 2022-ci ilin yay aylarında deyil, noyabr-dekabr aylarında baş tutmalıdır.

"Sky Sports” kanalanın verdyi məlumata görə isə, Qətər dünya çempionatını keçirmək uğrunda mübarizədə öz kampaniyası üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin və olduqca bahalı PR firmalarının köməyindən istifadə edib.

(Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook